Новинки

Özəl müştərilər üçün xidmətlər

Özəl müştərilər üçün xidmətlər

Biz fərdi müştərilərə aşağıdakı sahələrdə xidmətlərin göstərilməsində yardım edirik:

 

  • Çexiyada daşınmaz əmlakın alqı-satqısı (evlər, mənzillər, torpaq sahələri), o cümlədən SPV (Xüsusi Məqsədli Subyektlər)  vasitəsilə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın alışı və satışının təşkil olunması. Bizim şirkət keçmiş MDB ölkələrindən olan əcnəbilərə Çexiyada daşınmaz əmlakın münasib qiymətlərə satışı ilə bağlı uzunmüddətli təcrübəyə malikdir. Biz sizə Çexiyada daşınmaz əmlakın alınmasına dair olan bütün sahələrdə müxtəlif məsləhətlər verməyi öz boynumuza götürürük. Biz sizə həmçinin, Praqada sizin istəyinizə uyğun olaraq əmlakın əldə olunması üçün münasib daşınmaz əmlak brokerini axtarıb tapmaqda yardım göstərə bilərik.
  • Xarici mülkiyyət sahibləri üçün Çexiya əmlakının tam idarə olunması məsələlərində  yardımın göstərilməsi (Biz sizin daşınmaz əmlakın icarəyə verilməsində sizə yardım göstərəcəyik)
  • Daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı məsləhətləşmələr
  • Tikinti haqqında qanunlar, inzibati orqanlar qarşısında araşdırmaların aparılması
  • Əmək müqavilələri və iqtisadi-hüquqi mübahisələrlə bağlı məsləhətləşmələr
  • Ailə qanunvericiliyi və məişət məsələləri ilə bağlı məsləhətləşmələr

 

Xarici özəl müştərilər üçün biz həmçinin aşağıdakı sahələr üzrə peşəkar səviyyədə xidmətlər göstəririk:

 

  • Çexiya Respublikasında şirkətlərin yaradılması (o cümlədən vergi və mühasibat xidmətləri) və mövcud şirkətlərinin satışının təşkil olunması
  • İmiqrasiya haqqında qanun (Çexiyada imiqrasiya məsələlərin bütün istiqamətlərində geniş təcrübənin olması) - uzun müddətli viza, qısamüddətli viza, uzunmüddətli biznes vizası, işçi kartları, mavi kartlar, ailələrin yenidən birləşməsi məsələlərində yardım göstərilməsi
  • Əcnəbilərin məskunlaşmasından sonra onlar üçün iş icazəsinin alınması

 

Əgər bu xidmətlər sizə maraqlı olarsa, Monika Rutland adlı şəxslə elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Tématické zařazení:

 » Новинки